Cari ilin 9 ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi və məsul şəxsləri 10,5 mindən çox vətəndaşı fərdi qaydada qəbul edib. Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Yanvar-sentyabr aylarında 9 rayon və şəhərdə vətəndaşların qəbulu həyata keçirilib. Respublikanın regionlarında 44 rayondan 617 nəfər qəbul edilib. Ümumiyyətlə hesabat dövründə ƏƏSMN-in rəhbərliyi və məsul şəxsləri tərəfindən 10,555 min vətəndaş qəbul edilib. Onlardan 948 nəfəri nazirliyin rəhbərliyi, o cümlədən 777 nəfəri nazir, 123 nəfəri nazir müavinləri, 48 nəfəri isə Aparatın rəhbəri tərəfindən qəbul edilib.
Vətəndaşların müraciətləri obyektiv şəkildə araşdırılaraq, müvafiq tədbirlər görülüb. Qəbullar zamanı ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq sosial təminat növləri, müxtəlif reabilitasiya avadanlıqları ilə təminatı da həyata keçirilib.
R.Babayev