Vyetnam Kommunist Partiyası (VKP) Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. Bu barədə VKP Mərkəzi Komitəsinin Katibliyinin daimi üzvü Le Honq Anh YAP-ın sədr müavini, baş nazirin müavini Əli Əhmədovla görüş zamanı bildirib.
Le Honq Anh ölkələr arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsi baxımından Azərbaycana səfərinin vacib olduğunu qeyd edib.
Onun sözlərinə görə, ötən il YAP və VKP arasında imzalanmış əməkdaşlığa dair memorandum partiyalar arasında əməkdaşlıq üçün yeni imkanlar açıb.
Öz növbəsində Ə.Əhmədov dövlətlərarası və partiyalararası ikitərəfli münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə əmin olduğunu vurğulayıb.
R.Babayev