Azərbaycan və Rusiya bütün səviyyələrdə işgüzar əlaqələrə malikdir. Bu barədə prezident İlham Əliyev bazar ertəsi Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqunu qəbul edərkən bildirib.
“Hərbi sahə də daxil olmaqla əməkdaşlığın bütün istiqamətləri üzrə yaxşı dinamika müşahidə olunur”, - deyə prezident qeyd edib.
S.Şoyqu qarşıda duran danışıqlara toxunaraq deyib ki, “Xəzərlə bağlı olan hər şey bizim üçün çox vacibdir”.
Onun fikrincə, “ölkələrimiz arasında hərbi-texniki əməkdaşlıq dinamik şəkildə inkişaf edir, Azərbaycan müasir silah sistemləri alır”.
“Danışıqlarımızın gündəliyinə əsasən demək olar ki, bu danışıqlar münasibətlərimizə yeni dinamika gətirəcək”, - deyə S.Şoyqu bildirib.