2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda ÜDM-in həcmi 44,3 mlrd. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 2,5% çoxdur. Bu barədə Maliyyə Nazirliyinin saytında dərc edilmiş 2015-ci ilin büdcə materiallarında qeyd edilir.
Hesabat dövründə qeyri-neft sektoru üzrə ÜDM-in həcmi 6% artıb, xüsusi çəki 57,8% təşkil edib.
9 ay ərzində neft-qaz sahəsində ÜDM 2,1% azalıb.
ÜDM-in 61,8%-i məhsul istehsalı sahələrinin, 31%-i xidmət sahələrinin, qalanı vergilərin payına düşüb.
ÜDM-in xüsusi çəkisinin 44,6%-i sənayenin, 11,8%-i tikintinin, 5,4%-i kənd təsərrüfatının, 4,7%-i nəqliyyatın, 9,8%-i ticarət və pullu xidmətlərin, 1,6%-i rabitənin, qalanı sosial və digər xərclərin payına düşüb.
2014-cü ildə Azərbaycan hökuməti ÜDM artımını 3,6% səviyyəsində proqnozlaşdırır.
2013-cü ildə Azərbaycanda ÜDM 5,8% artıb.
A.Əzizov