Azərbaycanın Qayana Respublikasındakı səfiri Elnur Sultanov etimadnaməsini ölkə prezidenti Donald Ramotara təqdim edib. Bu barədə çərşənbə axşamı Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
E.Sultanov Azərbaycanın Qayanada ilk səfiri kimi iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsi üçün səy göstərəcəyini bildirib və ikitərəfli əməkdaşlıq üçün potensialın mövcud olduğunu qeyd edib.
D.Ramotar iki ölkənin bir çox beynəlxalq məsələlərə münasibətdə oxşar mövqelərdən çıxış etdiyini vurğulayıb və ticarət, kənd təsərrüfatı, energetika, təhsil, elm kimi sahələrdə, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində tərəfdaşlıq üçün imkanların olduğunu deyib.
Qayana Respublikasına səfəri çərçivəsində səfir xarici işlər naziri Karolin Rodriges-Birkett, mədəniyyət, gənclər və idman naziri F.Entoni və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Y.Əliyev