Azərbaycan 2014-cü ilin yanvar-sentyabr aylarında 25 mln. 427 min 885,1 ton neft ixrac edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Sayğacların göstəricilərinə əsasən, Bakı-Tiflis-Ceyhan neft kəməri ilə 20 mln. 757,673 min ton, Bakı-Supsa neft kəməri ilə 3 mln. 187,353 min ton, Bakı-Novorossiysk neft kəməri ilə 763,594 min ton neft ixrac olunub. Dəmir yolları ilə Gürcüstan limanlarına 719,265 min ton neft daşınıb.
Komitənin məlumatına görə, hesabat dövründə ixrac edilmiş $14 mlrd. 818 mln. 400,7 min məbləğində neftin bəyan edilmiş həcmi 18 mln. 229,143 min ton təşkil edib.
2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycandan $1 mlrd. 34 mln. 43,02 min məbləğində 1 mln. 462,958 min ton neft məhsulu ixrac olunub.
A.Əzizov