Azərbaycan 2014-cü ilin yanvar- sentyabr aylarında 6 mlrd. 188 mln. 183,2 min kubmetr qaz ixrac edib ki, bu da ötən ilin göstəricisindən 22,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentrliyinə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Hesabat dövründə sadələşdirilmiş gömrük bəyannamələri üzrə $237 mln. 495,97 min məbləğində rəsmiləşdirilmiş qaz ixracı 1 mlrd. 409 mln. 960,61 min kubmetr təşkil edib.
Xəbər verildiyi kimi, hazırda Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən qaz Rusiya, İran və Gürcüstana, eləcə də “Şahdəniz” konsorsiumu tərəfindən Bakı-Tiflis-Ərzurum qaz kəməri ilə Gürcüstana və Türkiyəyə ixrac edilir.
A.Əzizov