2014-cü ilin yanvar-sentyabr aylarında Lənkəran rayonunun ÜDM-i 3,1% - 291,4 mln. manatadək artıb. “İnterfaks-Azərbaycan” agentliyinin regional müxbirinin məlumatına görə, bu barədə Lənkəran rayon İcra Hakimiyyətinin başçısının müavini İlkin Rəhimov hesabat dövründə rayonun sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasda bildirib.
Onun sözlərinə görə, 9 ay ərzində rayonda 2,024 min yeni iş yeri açılıb, bunun 1,583 mini daimidir.
İ.Rəhimov vurğulayıb ki, hesabat dövründə rayonda abadlıq və təmir işləri aparılıb, tədris ilinin başlanması ilə əlaqədar bir sıra kəndlərdə yeni məktəb binaları inşa edilib.
Q.Qəmbərova