Amerikanın Kaliforniya ştatının San-Xose şəhərində Azərbaycanın Müstəqillik Günü qeyd ediləcək. Bu barədə San-Xose şəhərinin Azərbaycan diasporunun məlumatında deyilir.
Azərbaycan diasporunun fəalı Mehriban Məmmədovanın təşəbbüsü ilə San-Xose Şəhər Şurası 18 oktyabr - Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar Memorandum qəbul edib.
Memoranduma əsasən, oktyabrın 17-də bələdiyyə binasında (City Hall) Azərbaycan bayrağının ucaldılma mərasimi keçiriləcək.
Tədbirdə şəhər meri Çak Rid və vitse-mer Medison Nquyen iştirak edəcəklər.
Y.Əliyev