2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda neft hasilatı 32,1 mln. ton təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsinin saytında məlumat verilir.
Xəbər verildiyi kimi, 2013-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 32,5 mln. ton neft hasil edilib. Beləliklə, 2014-cü ilin 9 ayı ərzində respublikada neft hasilatı 1,2% azalıb.
2014-cü ilin hesabat dövründə Azərbaycanda əmtəəlik qaz hasilatı 13,8 mlrd. kubmetr (2013-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə artım 5,3% - İF-Az) təşkil edib.
Xəbər verildiyi kimi, 2013-cü ildə neft hasilatı 43,5 mln. ton, əmtəəlik qaz hasilatı 17,9 mlrd. kubmetr təşkil edib.
SOCAR-ın proqnozlarına əsasən, 2014-cü ildə Azərbaycanda ümumi neft hasilatı 41,2 mln. ton, qaz hasilatı (əmtəəlik qaz daxil olmaqla) 28,8 mlrd. kubmetr səviyyəsində olacaq.
A.Əzizov