Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan-Çexiya münasibətlərinin inkişafı üçün yaxşı potensialın olduğunu qeyd edir. Bu barədə Milli Məclisin mətbuat xidməti məlumat verir.
Çərşənbə günü Çexiya parlamentinin Deputatlar Palatası sədrinin müavini Voytex Filiplə görüşdə O.Əsədov vurğulayıb ki, iki ölkəni möhkəm siyasi, iqtisadi, mədəni əlaqələr bağlayır.
Spiker ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin xüsusi rolunu qeyd edib.
O.Əsədov rəsmi Praqanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə, 2013-cü ildə Çexiya parlamentinin Deputatlar Palatasının Xocalı soyqırımı ilə bağlı sənəd qəbul etdiyinə görə təşəkkürünü bildirib.
V.Filip deyib ki, son dövrlər ölkələrimiz arasında münasibətlər həqiqətən də inkişaf edir. O, ticari əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edib.
R.Babayev