Fələstin Azərbaycanın verdiyi dəstəyi və göstərilən humanitar yardımı yüksək qiymətləndirir. Bu barədə Fələstin Dövlətinin xarici işlər naziri Riyad əl-Maliki çərşənbə günü Bakıda prezident İlham Əliyevlə görüşdə bəyan edib.
Dövlət başçısının rəsmi saytında verilən məlumata görə, Riyad əl-Maliki Azərbaycanın BMT Təhlükəsizlik Şurasına sədrliyi dövründə, ondan əvvəl və sonra bu dəstəyi daim hiss etdiklərini məmnunluqla qeyd edib.
İ.Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Y.Əliyev