Berndə gənc müəlliflərin rəsm sərgisi açılıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Azərbaycanın gənc rəssamları İsveçrədə” adlı rəsm sərgisi Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinin və “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya Mərkəzinin təşəbbüsü ilə açılıb.
Sərgidə 17 müəllifin 76 əsəri təqdim olunub.
Tədbirin açılış mərasimində iştirak edən Azərbaycanın İsveçrədəki səfiri Əkrəm Zeynallı iki ölkə arasında mövcud əlaqələrin möhkəmlənməsi üçün mədəni tədbirlərin böyük əhəmiyyətini qeyd edib.
Bu, gənc müəlliflərin artıq sayca 10-cu sərgisidir. Rəsmlər, həmçinin Budapeşt, Brüssel, Paris, Sofiya, Vyana, Roma və Milanda nümayiş olunub.
A.Zeydullayeva