Azərbaycan və Türkiyə Qars-Naxçıvan dəmir yolunun tikintisi layihəsinin reallaşdırılmasını müzakirə edir. Bu barədə cümə axşamı Bakıda jurnalistlərə Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiyalar naziri Lütfi Əlvan bəyan edib.
Nazirin sözlərinə görə, o, Qars-Naxçıvan dəmir yolunun tikintisi layihəsini Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədovla müzakirə edir. “Biz bu məsələni Z.Məmmədovla dünənki görüşdə müzakirə etmişik, bu gün də müzakirə etməyi planlaşdırırıq”, - deyə o bildirib.
Türkiyəli nazir layihənin reallaşdırılacağı müddəti açıqlamasa da, layihənin gündəmdə olduğunu deyib.
L.Əlvan əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin istismara verilməsi Pekin-London dəhlizini açmağa imkan verəcək.
A.Axundov