Bakı Tacikistanla ticari-iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə konkret addımlar atır. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı Düşənbədə Tacikistan prezidenti Emoməli Rəhmonla danışıqların yekunları üzrə bəyan edib. Bu barədə
Tacikistan Teleqraf Agentliyinin (“TacikTA”) məlumatına görə, İ.Əliyev qeyd edib ki, hazırda Azərbaycanda bir neçə nəqliyyat, həmçinin liman infrastrukturu istifadəyə verilmə mərhələsindədir.
“Həmin obyektlər yüklərin qısa və etibarlı yolla Asiya və Avropa ölkələrinə nəqlini təmin edəcək”, - deyə o bildirib.
İ.Əliyevin sözlərinə görə, ticari-iqtisadi əməkdaşlığın hazırkı səviyyəsi mövcud potensiala uyğun deyil, lakin tərəflər bu istiqamətdə münasibətlərin genişləndirilməsi üçün tədbirlər görürlər.
“Azərbaycan və Tacikistan arasında ticari-iqtisadi əməkdaşlığı genişləndirmək üçün nəqliyyat infrastrukturu lazımdır”, - deyə Azərbaycan prezidenti vurğulayıb.
R.Babayev