AGBank Azərbaycan xalqını Dövlət Müstəqillik Günü münasibəti ilə təbrik edir və hər bayram olduğu kimi kart istifadəçiləri üçün bayram hədiyyəsi hazırlayıb. Belə ki, “Həzz Kart” sahibləri oktyabr ayının 17-dən 19-dək “Həzz Kart” ilə 200 manat dəyərində nağdlaşdırma əməliyyatlarını həyata keçirə biləcəklər. Bu isə o deməkdir ki, 3 günlük kampaniya çərçivəsində “Həzz Kart”-dan yalnız alış-veriş zamanı deyil, həmçinin nağd pul ehtiyacınızı ödəmək üçün istifadə edə biləcəksiniz.
Nağlaşdırmanın komissiya haqqı 5% təşkil edir. Qeyd edək ki, kampaniya çərçivəsində “Həzz kart”-la aparılan nağdlaşdırma əməliyyatı üzrə ödəniş 3 aylıq opsiya ilə həyata keçirilir (3 aya bölünür).
Azadlıq və istiqlaliyyət hər bir xalqın milli sərvətidir!
Müstəqillik gününüz mübarək olsun!
AGBank
________________________________________________________________________________
Bundan əlavə “Həzz Kart” ilə nağdlaşdırma əməliyyatlarını həyata keçirərkən “Uduşlu kupon” qazanmaq şansınız yaranır. Belə ki, AGBank – ın bankomatlarına 500 və 200 manatlıq kuponlar yerləşdirilir. “Uduşlu kupon” 2011-ci ildə AGBank tərəfindən təsis olunan həvəsləndirici lotereya növüdür. Hər bir plastik kart istifadəçisi AGBank-a məxsus olan bankomatlardan (ATM) manatla nağd pul çıxararkən, çıxarılan pul əskinaslarının arasında uduşlu kupon əldə edə bilər.Eyni zamanda, digər bank istifadəçiləri daxil olmaqla, nağd pul çıxararkən AGBank –ın bankomatlarına üstünlük verirlər.
“Həzz Kart” – AGBank tərəfindən pulsuz təqdim olunur. Bu kart vasitəsi ilə alınan mal və ya xidmətlərin dəyəri müvafiq aylara (1,3,6,12,18 və 24 ay) bölünür və hissələrlə faizsiz ödənilir. “Həzz Kart” bankın tərəfdaşları olan bütün mağaza və ticarət mərkəzlərində quraşdırılan POS-terminallar vasitəsi ilə istifadə oluna bilər.
Həzz Kart-ın tərəfdaşlar siyahısı ilə aşağıdakı linkə keçərək tanış ola bilərsiniz: http://www.agbank.az/index.php?/az/content/465/
Onu da qeyd etmək lazımdır ki, bankın müvafiq tərəfdaş şəbəkəsi daxilində kartla aparılan hər bir əməliyyatın müəyyən faizi xüsusi hesaba bonus şəklində yığılır. Hesablanmış bonuslardan bankın tərəfdaş şəbəkəsi daxilində istifadə etmək mümkündür.
Əlavə məlumat üçün AGBank-ın “135” Məlumat Mərkəzi həftənin 7 günü 24 saat müştərilərin ixtiyarındadır.