Milli Məclisin cümə günü keçirilən plenar iclasında “Məşğulluq haqqında” qanuna fiziki şəxslərin Azərbaycan vətəndaşlarını xarici ölkələrdə işlə təmin etmək üçün vasitəçilik fəaliyyəti ilə məşğul olmağı qadağan edən dəyişikliklər qəbul edilib.
Bundan başqa, parlament «Reklam haqqında» qanuna da dəyişikliklər qəbul edib. Dəyişikliklərə əsasən, Azərbaycan vətəndaşlarının xaricdə işlə təmin edilməsi ilə əlaqədar elan və reklamı yalnız müvafiq vasitəçilik fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenizya) əldə edən hüquqi şəxslər yerləşdirə bilərlər.
Qeyd olunan qanunvericilik aktlarına dəyişikliklərin edilməsinə dair layihələr Azərbaycan prezidenti tərəfindən Milli Məclisə təqdim olunub.
R.Babayev