2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye sahəsinə investisiya qoyuluşları ötən ilin analoji dövrü ilə müqayisədə 5,4% - 5 mlrd. 353 mln. manatadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Statistik məlumatlara əsasən, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan iqtisadiyyatına bütün investisiya qoyuluşlarının 45,1%-i sənaye sahəsinə yönəldilib.
Bununla yanaşı, hesabat dövründə mədənçıxarma sənayesinə investisiya qoyuluşları 4 mlrd. 388,6 mln. manat (artım 27,5%) təşkil edib.
Yanvar-sentyabr aylarında emal sənayesinə 302,9 mln. manat (azalma 52,2%) həcmində investisiya qoyulub.
Elektrik enerjisi, qaz istehsalı və bölüşdürülməsi sahəsinə 221,1 mln. manat (azalma 12,1%), su təchizatı, tullantıların təmizlənməsi və emalı sahəsinə 440,4 mln. manat (azalma 41,4%) investisiya qoyulub.
Bundan başqa, bu dövrdə nəqliyyat və anbar təsərrüfatı sahəsinə 870,8 mln. manat (azalma 66,2%), rabitə və informasiya sahəsinə 91 mln. manat (azalma 34,1%) dövlət idarəçiliyi, müdafiə və icbari sosial təminat sahəsinə 784,7 mln. manat (azalma 4,1%), təhsil sahəsinə 421,7 mln. manat (azalma 18%) investisiya qoyulub.
2014-cü ilin yanvar-sentyabr aylarında yaşayış evlərinin tikintisi sahəsinə 805,4 mln. manat (azalma 2,1%) investisiya qoyulub.
Qalan investisiyalar iqtisadiyyatın digər sektorlarının payına düşüb.
A.Əzizov