2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda həyata keçirilən tikinti işlərinin həcmi 5 mlrd. 983,8 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 3,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-sentyabr aylarında həyata keçirilən işlərin 63,9%-i tikinti, yenidənqurma və genişləndirmə işlərinin, 16,9%-i əsaslı təmir, 5,7%-i cari təmir, 13,5%-i digər tikinti işlərinin payına düşüb.
Hesabat dövründə tikinti işlərinin 79,9%-i qeyri-dövlət tikinti müəssisələri tərəfindən yerinə yetirilib.
A.Axundov