ABŞ-ın Kaliforniya ştatının San Xose şəhərinin meriyası qarşısında Azərbaycanın dövlət bayrağı qaldırılıb. Bu barədə Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğunun mətbuat xidmətindən məlumat verilib.
Tədbrdə iştirak edən San Xose şəhərinin meri Çak Rid çıxışında Azərbaycan bayrağının San Xose meriyası qarşısında ilk dəfə qaldırılmasının əlamətdar hadisə olduğunu, Azərbaycan ilə ABŞ arasında münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq daha da inkişaf etdirilməsinin vacib olduğunu diqqətə çatdırıb.
Tədbirdə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev, San Xose şəhərində fəaliyyət göstərən Azərbaycan İcma Mərkəzinin sədri Mehriban Məmmədova və başqaları iştirak ediblər.
R.Babayev