1 oktyabr tarixinə Azərbaycanda 425,650 min nəfər aylıq və birdəfəlik sosial müavinət alıb, bu isə ölkə əhalisinin 4,4%-ni təşkil edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilir.
Onlardan 334,65 min nəfəri dövlət aylıq sosial müavinətlə təmin edir.
Həmçinin 18 yaşına çatmamış beşdən çox uşağı olan 8,299 min qadın çoxuşaqlılığa görə sosial müavinət alır. Hər bir uşağa görə sosial müavinətin məbləği 30 manat təşkil edir.
R.Babayev