Ötən həftə ərzində Azərbaycan polisi axtarışda olan 135 nəfəri saxlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Hesabat dövründə (13-19 oktyabr) baş vermiş bədbəxt hadisələr nəticəsində 11 nəfər həlak olub, 15 nəfər xəsarət alıb (zəhərlənib), həmçinin 2 intihar hadisəsi qeydə alınıb.
Bundan başqa, həftə ərzində 2 nəfər qətldə, 4 nəfər bıçaq və bədən xəsarətləri yetirməklə sui-qəsddə, 36 nəfər oğurluqda, 10 nəfər qarətdə, 4 nəfər avtomobil qaçırmaqda, 2 nəfər insan alverində, 3 nəfər dələduzluqda şübhəli bilinərək saxlanılıb.
Qanunsuz saxlanılan odlu silah və döyüş sursatları ilə bağlı 5 fakt qeydə alınıb.
C.Həmidov