Ötən həftə Azərbaycanın hüquq mühafizə orqanları narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən 43 nəfəri və narkotik maddə alverində şübhəli bilinən 2 nəfəri saxlayıblar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bazar ertəsi Daxili İşlər Nazirliyindən məlumat verilib.
Narkotik maddələrdən istifadə etməkdə şübhəli bilinən şəxslərdən ümumilikdə 35,72 qram marixuana, 21,239 qram tiryək, 8,081 qram heroin müsadirə olunub.
Narkotik maddə alverində şübhəli bilinən şəxslərdən 906 kq çətənə, 1,63 kq marixuana aşkarlanıb.
C.Həmidov