Litvanın xarici işlər naziri Linas Linkyaviçus sabah Azərbaycana ikigünlük rəsmi səfərə gələcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Litvanın Bakıdakı səfirliyindən məlumat verilib.
Səfər proqramında litvalı nazirin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.
Səfər çərçivəsində çərşənbə günü Bakıda Azərbaycan və Litva arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IV iclası və hər iki ölkənin işgüzar dairələrinin nümayəndələrinin iştirakı ilə biznes forum keçiriləcək.
R.Babayev