Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəlxalq əməkdaşlıq qurur.
“Dövlət Komitəsi bir sıra ölkələrlə əməkdaşlığa dair memorandum imzalamağı planlaşdırır. Xüsusilə İordaniya və Azərbaycan arasında əməkdaşlıq haqqında sənəd imzalanacaq”, - deyə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova bu gün Bakıda keçirilən “İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin inkişafında qadınların rolu” mövzusunda nazirlərin V Konfransı çərçivəsində jurnalistlərə bildirib.
Onun sözlərinə görə, memorandumun imzalanması qadınların ictimai həyatda iştirakının fəallaşması sahəsində əməkdaşlığı nəzərdə tutur.
A.Zeydullayeva