Azərbaycanda Ebola virusunun mövcudluğunu təsdiq edən heç bir fakt qeydə alınmayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının laboratoriya müdiri Musa Cahanov məlumat verib.
“Həcc ziyarətindən qayıdan Azərbaycan vətəndaşları diqqətlə müayinə olunub və onlarda Ebola virusunun olmasını təsdiq edən hər hansı simptom aşkarlanmayıb”,- deyə M.Cahanov qeyd edib.
Onun sözlərinə görə, sərhəd məntəqələrində tam nəzarət həyata keçirilir, lazım olan bütün sanitar-karantin tədbirləri görülür.
“Virusun mövcudluğuna dair şübhə yaranarsa, dərhal Taun Əleyhinə Stansiyanım laboratoriyasında analiz edilmək üün nümunələr götürüləcək.
Bundan başqa, Həcc ziyarətindən qayıtmış türkiyəli bir qadında Ebola virusunun aşkarlanması barədə KİV-lərdə getmiş məlumata münasibət bildirən M.Cahanov qeyd edib ki,
virusun mövcudluğu laboratoriyada təsdiq olunmayıb.
“Azərbaycanda Ebola virusu aşkarlanarsa, bütün zəruri tədbirlər görüləcək. Xüsusilə Ağciyər Xəstəlikləri İnstitutunda bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi palatalar var”,- deyə o bildirib.
A.Zeydullayeva