Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) “Azərbaycanda miqrasiya və sərhəd idarəçiliyi potensialının gücləndirilməsi” layihəsinə start verir.
Aİ-nin Bakıdakı nümayəndəliyinin məlumatına görə, layihəyə oktyabrın 22-də start veriləcək.
Layihə respublikada insan hüquqları sahəsində beynəlxalq və Avropa standartlarına hərtərəfli riayət edilməklə miqrasiyanı idarəetmə potensialının gücləndirilməsinə xidmət edir.
Layihə Azərbaycanın dövlət strukturlarının xüsusi tapşırıqları və tələbatları nəzərə alınmaqla emiqrasiya, immiqrasiya, tranzit və sığınacaq məsələlərindən irəli gələn prosedur və proseslərin səmərəli idarəolunması üzrə səylərə töhfə vermək məqsədi daşıyır.
BMqT qeyd olunan layihəni Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə reallaşdıracaq. Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfdaş qismində çıxış edəcək.
Y.Əliyev