Bu qış Samuxda 18 məktəb müasir istilik sistemi ilə qızdırılacaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosuna Samux rayon Təhsil Şöbəsinin müdiri Gülağa Hüseynov məlumat verib
“Bütün ümumtəhsil məktəblərində qışa hazırlıq işləri başa çatdırılıb. Qazanxana sistemi işləyən məktəblərdə qurğular saz vəziyyətə gətirilib. Odun sobası ilə işləyən məktəblərə yerli icra nümayədəlikləri tərəfindən odun tədarük olunub”, – deyə şöbə müdiri bildirib.
Rayonda 12 məktəb odun sobası, 5 məktəb isə elektrik enerjisi ilə isidiləcək.
“Samux rayonunda 5 məktəbdənkənar müəssisə də fəaliyyət göstərir ki, həmin təhsil ocaqlarında da qışa hazırlıq işlər başa çatdırılıb”, – deyə G.Hüseynov qeyd edib.
Samux rayonunda fəaliyyət göstərən 35 məktəbdə 7817 şagird təhsil alır.
F. Mehdiyev