Prezident İlham Əliyev “Azərbaycan Respublikasında geologiya, paleontologiya, mineralogiya və fauna üzrə Təbiət Tarixi Muzeyinin yaradılması Konsepsiyası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb. Bu barədə çərşənbə axşamı rəsmi KİV-lər məlumat verir.
Dövlət başçısı ölkənin geoloji keçmişinin, flora və faunasının, insanın formalaşması və mədəni inkişafı tarixinin, qədim və müasir dövrlərdə ekoloji şəraitin nümayiş etdirilməsinin daha səmərəli təşkili məqsədi ilə bu qərarı verib.
Prezidentin fərmanına əsasən, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Təbiət Tarixi Muzeyi yaradılacaq.
Nazirlər Kabineti prezidentin fərmanından irəli gələn məsələləri müəyyən müddət ərzində yerinə yetirməlidir.
R.Babayev