2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2013-cü ilin analoji dövrü ilə müqayisədə 21,7% artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə respublikada 250,3 mln. manat məbləğində kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub.
Statistik məlumatlara əsasən, 2014-cü ilin yanvar-sentyabr aylarında propilen istehsalında 38,1% - 39,6 min tona qədər, polietilen istehsalında 23,7% - 68,1 min tona qədər artım qeydə alınıb.
Lak və boya məhsullarının istehsalı 11,8% - 2,89 min tona qədər, yod istehsalı 14,4% - 196,2 tona qədər, barium sulfat istehsalı 21,5% - 36,9 min tona qədər, izopropil spirti istehsalı 46% - 5,2 min tona qədər azalıb.
A.Axundov