Çərşənbə axşamı Azərbaycan prezidenti İlham Əliyevin ölkədə rəsmi səfərdə olan Litvanın xarici işlər naziri Linas Linkeviçius ilə görüşündə müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişafı müzakirə mövzusu olub.
Dövlət başçısının saytında verilən məlumata görə, danışıqlar zamanı Azərbaycan-Litva münasibətlərinin mövcud səviyyəsindən məmnunluq ifadə olunub.
Tərəflər siyasi, iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparıblar.
Y.Əliyev