2014-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda çörək və çörək-bulka məmulatlarının istehsal həcmi 2013-cü ilin analoji dövrü ilə müqayisədə 0,5% - 559,2 min tona qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Məlumata əsasən, hesabat dövründə ət istehsalı (quş əti də daxil olmaqla) 4,2% - 222,4 min tonadək, süd istehsalı 1% - 628,9 min tonadək, qaymaq və xama istehsalı 2,5% - 3 min 504 tonadək, pendir və kəsmik istehsalı 1,1% - 36 min tonadək, kərə yağı istehsalı 9% - 18 min tonadək, marqarin yağı istehsalı 27,9% - 23,5 min tonadək, kolbasa istehsalı 1,4% - 1,366 min tonadək artıb.
2014-cü ilin yanvar-sentyabr aylarında təmizlənmiş duru bitki yağı isehsalı 1,8% - 37 min 727,3 tonadək, qənd və şəkər tozu istehsalı 1,1% - 290,7 min tonadək, cem və marmelad istehsalı 4,2% - 7 min 423,1 tonadək azalıb.
A.Axundov