Benilüks Azərbaycanlıları Konqresi (BAK) və Niderland Krallığında fəaliyyət göstərən digər Azərbaycan diaspor təşkilatları Amsterdam Azad Universitetinə etiraz məktubu göndərib. Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan diasporunun nümayəndələrinin etirazı ABŞ-da yaşayan Bakı ermənisi Anna Astvatsaturyanın 90-cı illərdə Bakı və Sumqayıtda baş vermiş hadisələr haqqında Azərbaycan əleyhinə yazdığı kitabın Amsterdam Azad Universitetində keçirilən təqdimat mərasimi ilə əlaqədardır.
Məktubda 1990-cı ildə Bakı və Sumqayıtda törədilmiş iğtişaşların məhz ermənilər tərəfindən təşkil olunduğunun artıq sübuta yetirildiyi və hazırda Azərbaycanda 30 mindən artıq erməninin yaşadığı bildirilir.
R.Babayev