Bakı Dövlət Universiteti (BDU) və Türkiyənin Qars Bələdiyyəsi arasında əməkdaşlıq əlaqələri qurulur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BDU-dan məlumat verilib.
Türkiyənin Qars Bələdiyyəsinin başqanı Murtaza Qaraçanta Bakı Dövlət Universitetində olub.
Qonağı qəbul edən rektor, akademik Abel Məhərrəmov Azərbaycan-Türkiyə dostluq və qardaşlığından, Azərbaycanın bir neçə şəhəri ilə Qarsın qardaşlaşmış şəhər olmasından, Qars universitetləri ilə BDU arasındakı əlaqələrdən bəhs edib.
Öz növbəsində doğma Azərbaycanda olmaqdan məmnunluğunu bildirən M.Qaraçanta universitetlərarası əlaqələrin daha da inkişaf etməsində maraqlı olduğunu və bu münasibətlərin genişlənməsinə töhfə verəcəyini diqqətə çatdırıb.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib və qonaq «Universitetin fəxri qonağı» diplomu ilə təltif olunub.
A.Zeydullayeva