Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollanda “Total” şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin faciəvi ölümü ilə əlaqədar başsağlığı məktubu göndərib.
Bu barədə dövlət başçısının rəsmi saytında məlumat verilir.
““Total” şirkətinin Direktorlar Şurasının sədri və prezidenti Kristof dö Marjerinin təyyarə qəzasında həlak olması xəbəri məni olduqca sarsıtdı”, - deyə teleqramın mətnində deyilir.
İ.Əliyev bu faciə ilə əlaqədar Fransa prezidentinə, eləcə də mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verib və səbir diləyib.
R.Babayev