Prezident İlham Əliyev Mərkəzi Seçki Komissiyasının (MSK) ölkədə növbəti bələdiyyə seçkilərinin 23 dekabr 2014-cü ildə keçirilməsinə dair qərarı təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Bundan başqa, prezident “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nı və bələdiyyə seçkilərində vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun yaradılması barədə qərarı təsdiq edib.
Həmçinin seçki keçiriləcək bələdiyyələrin siyahısı və MSK nəzdində işçi qrupunun tərkibi də təsdiq olunub.
Y.Əliyev