Avropa İttifaqının Azərbaycandakı nümayəndəsi Malena Mard ümid edir ki, bu ayın sonunda Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriləcək görüşü Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində status-kvonun dəyişdirilməsinə kömək edəcək.
“Bizim gözləntilərimiz status-kvonun dəyişdirilməsi üçün irəliyə doğru addımların atılmasından ibarətdir”, - deyə M.Mard çərşənbə günü jurnalistlərə bəyan edib. Bununla əlaqədar o, qeyd olunan görüşün əhəmiyyətini vurğulayıb.
“Mən Azərbaycan və Ermənistan prezidentlərinin Parisdə keçiriləcək görüşünü müsbət hadisə hesab edirəm. Bu cür yüksək səviyyəli görüşlərin keçirilməsi çox vacibdir”, - deyə diplomat bildirib.
R.Babayev