Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika İnstitutunun əməkdaşları Xorvatiyada keçirilmiş beynəlxalq konfransda iştirak ediblər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMEA-nın mətbuat xidmətindən məlumat verilib.
Fizika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Nazim Məmmədov, institutun əməkdaşları, fizika-riyaziyyat üzrə elmlər doktoru İlham Həsənov, Xuraman Xəlilova, Şəhla Əliyeva və Yeganə Əliyeva Xorvatiyada “Nazik təbəqələr” XVI beynəlxalq konfransında iştirak etmək üçün Xorvatiyada ezamiyyətdə olublar.
Tədbirdə Azərbaycanla yanaşı, İsveçrə, Polşa, Çexiya, Almaniya və digər ölkələrdən olan alim və mütəxəssislər iştirak ediblər.
A.Zeydullayeva