Lerik rayonunun Rvarud və Kəlvəz dağ kəndlərinə ilk qar yağıb. Bu barədə “İnterfaks-Azərbayacan” agentliyinin regional bürosu çərşənbə günü məlumat verir.
Güclü küləklə müşayiət olunan yağıntılar 100-dən çox elektrik dirəyini aşırıb, dəniz səviyyəsindən 1500 metr yüksəklikdə yerləşən kəndlərdə 10 km məsafədə elektrik xətləri qırılıb.
Lerik rayon Fövqəladə Hallar Komitəsinin sədri Habil Məlikovun sözlərinə görə, yaranmış problemlər material çatışmazlığı və qışa hazırlığın olmamasından irəli gəlib.
Hazırda 60 kənddən 20-də elektrik enerjisinin verilişi bərpa edilib, qalan kəndlərdə də bu istiqamətdə bərpa işləri aparılır.
Lənkəran rayon Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, Lerik rayonunun ucqar dağ kəndlərində havanın temperaturu yaxın günlərdə -2 -3° С təşkil edəcək, yollar buz bağlayacaq.
Q.Qəmbərova