Çərşənbə günü Almaniya Federativ Respublikasının xarici işlər üzrə federal naziri Frank-Valter Ştanmayer Azərbaycana rəsmi səfərə gəlir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilir.
İkigünlük səfər zamanı alman nazirin Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşü gözlənilir.
Almaniya XİN başçısının Azərbaycana səfəri Cənubi Qafqaz ölkələrinə turne çərçivəsində baş tutacaq.
Y.Əliyev