Qəbələ rayonunda növbəti əmək yarmarkası keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verib.
Rayonda fəaliyyət göstərən 45 idarə və müəssisə yarmarkaya 109-820 manat məbləğində əmək haqqı ilə 334 vakant yer təqdim edib.
Yarmarkada 480-dən artıq işaxtaran iştirak edib. Onlar əsasən 25-45 yaş arasında olan vətəndaşlardır. 99 nəfər öz istəyinə və ixtisasına uyğun olaraq göndəriş alıb. Vətəndaşlar əsasən təhsil və səhiyyə müəssisələrində, xidmət təşkilatlarında və tikinti sahəsində işlə təmin olunub.
İ.Əhmədov