Amerika Birləşmiş Ştatları oktybarın 17-də Azərbaycanda vətəndaş cəmiyyətinin dörd fəalının, o cümlədən Həsən Hüseynlinin azadlığa buraxılmasını alqışlayır.Bu barədə ABŞ Dövlət Departamentinin rəsmi saytında departamentin nümayəndəsi Mari Harfa istinadən məlumat verilir.
Diplomat qeyd edib ki, həmçinin NİDA gənclər təşkilatının üç üzvü- Bəxtiyar Quliyev, Şahin Novruzlu və Elsevər Mürsəlli azadlığa buraxılıb.M.Haft bu qərarı alqışlasa da, qeyd edib ki, “elə həmin gün Azərbaycanda qəbul edilmiş qanun yerli və xarici QHT-lərin fəaliyyətini daha çox məhdudlaşdırır və bu düzgün istiqamətdə atılmış addım deyil”.
“Biz daha çox müsbət addımlar atılacağına ümid edirik və Azərbaycan hökumətini bütün vətəndaşların öz azadlığını ifadə etmək hüququna hörmət etməyə çağırışlarımızı davam etdirəcəyik.Uzunmüddətli sabitlik yalnız bütün azərbaycanlıların əsas azadlıqları təmin edildikdən sonra mümkündür və bu Azərbaycanın beynəlxalq öhdəlikləri sırasına daxildir”,- deyə Dövlət Departamentinin nümayəndəsi bildirib.
F.Hüseynzadə