Mərkəzi Seçki Komissiyası regionlarda dairə seçki komissiyalarının nümayəndələri üçün kurslar keçirir. Bu barədə MSK-nın Media və ictimai əlaqələr şöbəsindən məlumat verilib.
Üçgünlük kurslarda dairə seçki komissiyalarının üzvləri və məntəqə seçki komissiyalarının sədrləri iştirak edir.
Tədris planına müvafiq olaraq kurslarda Mərkəzi Seçki Komissiyasının üzvləri, MSK Katibliyinin əməkdaşları, yerli dairə seçki komissiyalarının sədrləri, müvafiq icra hakimiyyəti qurumlarının rəsmiləri, eləcə də rayonların və şəhərlərin prokurorluq, məhkəmə və polis orqanlarının məsul şəxsləri bələdiyyə seçkiləri ilə bağlı müxtəlif mövzularda mühazirələr oxuyur.
Kurslar oktyabrın 24-dək davam edəcək.
23 dekabr 2014-cü il tarixində Azərbaycanda 1607 bələdiyyəyə növbəti bələdiyyə seçkiləri keçiriləcək.
R.Babayev