Qafqaz Müsəlmanlar İdarəsi (QMİ) Məhərrəm ayının başlanması barədə fətva verib.
QMİ Qazilər Şurası 2014-cü il oktyabrın 26-da Məhhərm ayının başlandığını bildirib.Açura günü noyabrın 4-də olacaq.
QMİ Açura günü məscid və dini ibadət olunan yerlərdə ictimai asayişi qorumağa, matəm mərsimlərində Kərbəla şəhidlərinin, eləcə də Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizn ruhunu dualarla yad etməyə çağırır.
680-ci il oktyabrın 10-da (Miladi təqvimi ilə) İraqın Kərbəla çölündə İmam Hüseyn və 72 tərəfdaşı xəlifə Yezidin çoxminli qoşunlarına qarış qeyri- bərabər döyüşdə həlak olub. İmam Hüseyn hakimiyyətin xəlifə Yezid tərəfindən zəbt edilıməsinə və İslam prinsiplərinin təhrif olunmasına qarşı mübrizə aparırdı.Bu gün Azərbaycan da daxil olmaqla müsəlman ölkələrində imamın və onun həmfikirlərinin müsibəti yad edir və özlərinə cismani əziyyət verirlər.
QMİ müsəlmanları özlərinə əziyyət etmək ənənəsindən imtina edərək bunun əvəzinə məscidlərdə Səhiyyə Nazirliyi ilə birgə təşkil olunan qanvermə aksiyasında iştirak etməyə çağırıb.
Y.Əliyev