Azərbaycanın hüquq-mühafizə orqanları vətəndaş Pərvanə Nuriyeva 20 yaşlı bacısı Günel Nuriyevanın qətlində şübhəli bilinərək saxlanılıb. Bu barədə Bakı Şəhər Baş Polis İdarəsi və Şəhər Prokurorluğunun birgə məlumatında deyilir.
G.Nuriyevanın başsız cəsədi bir gün əvvəl yaşıdığı Bakının Xətai rayonunda aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
İş üzrə yaradılan istintaq-əməliyyat qrupu tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, müvafiq ekspertizalar təyin edilib, digər zəruri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri yerinə yetirilib. Nəticədə, bacısı ilə eyni ünvanda yaşayan P.Nuriyeva tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Y.Əliyev