Azərbaycanda dərmanlar üçün vahid qiymət sistemini tətbiq etmək üçün sahibkararın və vətəndaşalrın maraqlarını nəzərə almaq lazımdır. Baş nazirin müavini Əli Əhmədov çərşənbə günü jurnalistlərə belə söyləyib.
“Bir çox ölkələrdə bu sistem artıq tətbiq edilib.Ümid edirəm ki, Azərbaycan da bu yolla gedəcək”,- deyə Ə.Əhmədov qeyd edib.
Onun sözlərinə görə, “bir tərəfədən dərmanların qiymətlərinin optimal olmasına çalışmaq, digər tərəfdən nəzərə alınsa ki,bu dərmanlar Azərbaycanda istehsal olunmur sahibkarları maraqlandırmaq lazımdır ki , onlar ölkəyə dərman pereparatlarını gətirsinlər
“Burda hər iki tərəfin marağını nəzərə lamaq lazımdır, bu isə o qədər də asan məsələ deyil”,- deyə baş nazirin müavini vurğulayıb.
A.Zeydullayeva