“Sumqayıt Kimya Sənaye Parkı” MMC Parkin ərazisində logistic mərkəzin tikintisinin layihə-smeta sənədlərinin hazırlanması üçün şirkət seçir. Bu barədə parkın elanında qeyd edilir.
Şirkətlər 30 oktyabr tarixinə qədər zəruri sənədləri təqdim etməlidir. Təkliflərin açılışı oktyabrın 31-də baş tutacaq.
Xəbər verildiyi kimi, 2012-ci ildə Vergilər Nazirliyi “Sumqayıt Kimya Sənaye Parkı” MMC-ni 500 min manat məbləğində nizamnamə kapitalı ilə qeydiyyata alıb.
Sumqayıt Kimya Sənaye Parkı ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şəraitin formalaşdırılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə yaradılıb.
Sumqayıt Kimya Sənaye Parkının ərazisində neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabət qabiliyyətli məhsulların (işlərin, xidmətlərin) istehsalı və emalı müəssisələri yaradılacaq.
A.Axundov