Azərbaycanda sünnilərlə şiələrin arasında nifaq salmaq istəyən müəyyən qüvvələr var. Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə cümə axşamı QMİ Qazilər Şurasının iclasında çıxışı zamanı belə söyləyib.
“Onlar hələ ki, məscidlərdə nifaq toxumu səpirlər. Əgər onlara imkan verilsə, bütün ölkədə iğtişaş törədərlər”,- deyə A.Paşazadə bildirib. O sünni və şiə din xadimlərini bu məsələyə ciddi yanaşmağa və xütbə oxuyarkən diqqətli olmağa çağırıb.
Şeyx sünni imamlarn və şiə axundların vətənpərvərlik, vətənə məhəbbət təbliğatı aparmalarının vacibliyini vurğulayıb.
QMİ sədri “İslam Dövləti” (İŞİD) qruplaşması üzvlərinin müsəlman olmalarına şübhə ilə yanaşdığını bilıdirib.
“Onlar Allahu Əkbər sədalrı altında insanların başını kəsirlər.Mən başa düşmürəm bu sözü deyən insan necə insan başı kəsə bilər.Bu qərb ölkələri və onların regional köməkçiləri tərəfindən yaradıllmış qüvvədir”,- deyə şeyx əlavə edib.
Onun sözlərinə görə, Azərbaycanda bu cür xaos və dini qarşıdurma yaratmaq cəhdlərinin qarşısı alınacaq .Şeyx heç kim xaricdən Azərbaycana təsir göstərə bilməsin deyə ictimaiyyəti həmrəy olmağa çağırıb.
Y.Əliyev