Azərbaycan inkişaf etməkdə davam edəcək və güclü dövlətə çevriləcək.Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayerlə keçirilən görüşün yekunlarına həsr olunmuş brifinqdə belə söyləyib.
“Azərbaycan seçdiyi inkişaf yolundan dönməyəcək.Biz öz yolumuza davam edəcəyimizə və güclü dövlətə çevriləcəyimizə inanırıq”,- deyə E.Məmmədyarov bir sıra beynəlxalq dairələr tərəfindən səsləndirilən və bir sıra KİV-lərdə Azərbaycan əleyhinə dərc olunan bəyanat və materiallarla bağlı sualı cavablandırarkən bildirib.
O söyləyib ki, bu məqalə və bəyanatların araxasında Azərbaycanın inkişaf etməsində maraqlı olmayan qüvvələr dayanır.
“Azərbaycanı tənqid edənlər düzgün hərəkət etmirlər, Almaniya mətbuatında dərc edilən məqalələr isə sifarişlidir və biz onların arxasında kimlərin durduğunu bilirik”,- deyə E.Məmmədyarov qeyd edib.
O bildirib ki, bəzi qüvvələr öz məqsəd və planlarına uyğun olaraq Azərbaycanın inkişafına ikili standartla yanaşırlar.
Nazir qeyd edib ki, noyabr ayında Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik müddəti başa çatacaq .
“Noyabrın 13-də mən Strasburqda təşkilatda sədrliyi Belçikanın XİN başçısına təhvil verəcəm.Avropa Şurası insan hüquqlarının təmin edilməsi baxımından çox əhəmiyyətli institutdur”,- deyə o qeyd edib. Nazirn sözlərinə görə, Azərbaycan Avropa Şurası ilə sıx əməkdaşlıq çərçivəsində bir sıra proqram və layihələr həyata keçirib.
E.Məmmədyarov deyib ki, Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində bakıda korrupsiya ilə mübarizəyə qarşı böyük beynəlxalq konfrans keçiriləcək.
“Avropa Şurası ilə əməkdaşlıq Azərbaycanın inkişafında vacib rol oynayır”,- deyə E.Məmmədyarov bildirib.
R.Babayev