Bir gün əvvəl beynəlxalq koalisiyanın təyyarələri Suriyanın cənubunda yerləşən və İslam Dövləti (İŞİD) qruplşamsının nəzarətində olan Deyr əz Zor əyalətindəki neft quyularına zərbə endiriblər.Bu barədə Londonda yerləşən Suriya İnsan Hüquqları üzrə Müşahidə Şurası məlumat verir.
Təyyarələr Əl –Cəfra yatağındakı neft quyularına dörd dəfə hava hücumu ediblər.
Müşahidə Şurasının məlumatına əsasən bir ay ərzində İŞİD qüvvələrinə hava zərbələri nəticəsində Suriya ərazisdində 553 nəfər həlak olub ki, onlardan əksəriyyəti cihadçılardır.. Ölənlərdən 32 nəfərin mülki şəxslər olduğu bildirilir.
ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın hərbi hava qüvvələri İŞİD-in nəzarət etdiyi və gəlir mənbəyi olan neft sənayesi obyektlərinə fəal zərbələr endirilər.